Səddi dağıdılmış Ohanyan “müqavimət hərəkatı”nın davam edəcəyini bildirdi

18:25 25.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Müxalifət fəaliyyətini parlamentdə  kənarda davam etdirir, bəlkə də hazırda o qədər də gözə dəymir”.

Hafta.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə,  bunu oktyabrın 25-də  jurnalistlərlə söhbətində  Putinin dostu  Robert Köçəryanın lideri olduğu "Hayastan" hərəkatının Ermənistan parlamentindəki fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri, Xocalı qatili Seyran Ohanyan deyib.

Ohanyan hakimiyyətin insanları manipulyasiya etdiyi və xalqın özünün bununla barışdığı şəraitdə müxalifətin işinin çətinliyinə işarə edib. Buna baxmayaraq, müqavimət hərəkatı davam edəcək, onun rəhbərləri müvafiq proqram işini davam etdirir, əhali ilə görüşlər keçirilir.

Onun sözlərinə görə, hərəkat sayəsində sənədlərin tələsik imzalanmasının qarşısını almaq mümkün olub, lakin bu, kifayət deyil. Gələcəkdə fəaliyyətlər daha innovativ xarakter daşıyacaq. Ohanyan izah edib ki, bunlar düşmənin imzalamağa çalışdığı sənədlərdir və bu məqsədlə Ermənistan hakimiyyətinə təzyiq göstərir.

“Biz hesab edirik ki, real vəziyyəti dəyişmədən sülhə doğru irəliləmək yolverilməzdir”, - deyə 44 günlük savaşda Azərbaycan ordusu tərəfindən "səddi dağıdılmış" S.Ohanyan bildirib.

Siyasət rubrikasından digər xəbərlər