Prezident İlham Əliyevin sərəncamları ilə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində həssas qrupa daxil olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə 190 manat birdəfəlik yardımların verilməsi prosesi davam edir. Artıq bu yardımı alan insanların ümumi əhatə dairəsi 600 min nəfərə çatdırılıb.
Bu yardımı alanlardan biri də şəhid anası Zeytunə Kərim qızıdır. Şəhid anası hazırda Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayır. Onun sözlərinə görə, oğlu Vəzir Nadirov 1994-cü il fevralın 3-də Füzuli rayonu, Şişqaya yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub:
”Göstərdiyi şücaətə görə oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub: "Heç kimim yoxdur. Qızımla birgə yaşayıram. Qızım Zeynəb Nadirova da dövlət tərəfindən verilən 190 manatı alıb. Bu çətin gündə çox böyük köməkdir. Bundan əlavə, Suraxanı Rayonu İcra hakimiyyəti tərəfindən biz tənha və şəhid ailələrinə maddi yardımlar edilir. Bunların hamısı Prezident İlham Əliyevin xalqımıza və şəhid ailələrinə göstərdiyi yüksək qayğının nəticəsidur. Prezident hər dəfə müşavirə və çıxışlarında təkrarən bildirir ki, dövlərin əsas siyasətinin mərkəzində xalqın sağlamlığı və rifahı durur. Əgər dövlət başçısı vaxtında göstəriş və sərəncan verməsəydi, pandemiya ölkəmizdə daha geniş yayılacaqdı. Onun tapşırıq və sərəncamı ilə xalqımza maliyyə yardımları, eləcə də digər maddi yardımlar göstərilir. Biz şəhid ailələri dövlət tərəfindən hər cür qayğı ilə əhatələnmişik. Bir şəhid anası kimi dövlətimizin rəhbərinə minnətdarlığımı bildirirəm. Hər zaman Prezidentimizin yanındayıq. İnanırıq ki, onun qəti addımları və müdrik siyasəti nəticəsində xalqımız həm pandemiyadan, həm də Qarabağ savaşından uğurla, alnıaçıq, üzü ağ çıxacaq".
Məmmədzadə Nabatxanım Şahin qızı da birdəfəlik maddi yardım alanlardandır. Onun sözlərinə görə, Bakı şəhər Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış Massivində yaşayır. Ailə üzvüləri üç nəfərdən ibarətdir:
”Bacım, anam və mən. İşləyənimiz yoxdur. Ölkə başçısı İlham Əliyev hər vaxt biz imkansızlara, sadə adamlara maddi və mənəvi dəstək olub. Koronavirusun vətənimizə ayaq basdığı xəbərini eşidəndə çox sarsıldım. Amma bu sarsıntı uzun çəkmədi. Çünki Prezidentin vaxtında atdlğl qəti addımlar nəticəsində ölkəmizdə qabaqlayıcı tədbirlər görüldü və bu xəstəliyin ölkə daxilində geniş yayılmasına imkan verilmədi. Prezidentimizin sərəncamı ilə aztəminatlı ailələrə 190 manat yardım edildi. Mənim də adım bu yardım siyahısında çəkiləndə çox sevindik. Və poçtdan gedib 190 manatı aldım. Bu böyük köməkdir. Sağ olsun dövlətimizin başçısı, bu çətin gündə də xalqımızın yanındadır. Xalq da onunla birlikdədir. Biz Prezident İlham Əliyev cənablarını həmişə dəstəkləmişik və bu günün özündə də onunla birlikdəyik. Bizə göstərdiyi qayğıya görə ölkəmizin başçısına ailəmiz adından minnətdarlığımızı bildiririk”.