Şəhidləri təhqir edən şəxs dispanserə təhvil verilib

12:55 07.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkəkədə şəhidləri təhqir edən şəxsin kimliyi məyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildirilib ki, yayılmış video görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalarla şəhidlərin ünvanına nalayiq ifadələr işlədən şəxs müəyyən edilib.

Həmin şəxs ruhi-əsəb xəstəsi olduğundan müalicəsinin davamı üçün qeydiyyatda olduğu dispanserə təhvil verilib.