Səhiyyə naziri və Türkiyədəki səfirimiz Şamil Ayrımı ziyarət edib

16:25 30.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Ankaradakı səfirimiz Rəşad Məmmədov Qarabağda yol qəzasına düşən millət vəkili Şamil Ayrımı İstanbulda müalicə aldığı xəstəxanada ziyarət ediblər.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov twiter hesabında bildirib.

Nazir və diplomat türkiyəli millət vəkilinin səhhəti ilə maraqlanıblar.

Xatırladaq ki, AKP sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya düşüblər. Hadisədən sonra Türkiyə rəsmiləri helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra onlar təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb.

Siyasət rubrikasından digər xəbərlər