Şəki rayonunun Aşağı Küngüt, Çapağan və Küdürlü kəndlərinə aid folklor nümunələri toplanılıb

13:15 18.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin əməkdaşları – şöbə rəhbəri İradə Yusifova və elmi işçi Tural Adışirinov Şəki rayonunun Aşağı Küngüt, Çapağan, Küdürlü kəndlərində ekspedisiyada olublar.

Akademiyadan hafta.az-a bildirilib ki, mərkəzin əməkdaşları Küdürlü kənd icra nümayəndələri ilə görüşüb, onlardan kənd əhalisi, əhalinin ümumi məşğuliyyəti haqqında məlumatlar əldə ediblər.

Daha sonra Elmi Mərkəzin əməkdaşları Küdürlü ümumi kənd orta məktəbinin tədris işləri üzrə direktor müavini Məlakət İmamova, kənd müəllimləri və sakinlər ilə söhbət aparıblar.

Hər üç kəndin adət-ənənələri, folkloru haqqında ətraflı məlumat toplanılıb.