Şəkidə 38 yaşlı kişinin meyiti tapılıb

12:23 26.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə 38 yaşlı kişinin meyiti tapılıb.

Hafta.az-ın Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şəki şəhəri Sabit Rəhman küçəsində kişi meyiti tapılıb.

İlkin araşdırma zamanı tapılan şəxsin 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Aqil Şamil oğlu İsmayılov olduğu müəyyən edilib. A. İsmayılovun hansı şəraitdə ölməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.