Semey qurbanlarından bəhs edən “Aykay” filmi Pusan ​​Film Festivalında nümayiş olunacaq

11:30 07.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazax kinematoqrafçılarının ərsəyə gətirdiyi “Aykay” filmi oktyabrın 4-dən 13-dək Cənubi Koreyada keçiriləcək məşhur Pusan Film Festivalında nümayiş etdiriləcək.

Hafta.az-ın “Kazinform”a istinadən yazdığına görə, filmin rejissoru Kenjebek Şaykakovdur.

“Aykay” rejissorun ikinci tammetrajlı işi və Milli Filmə Dəstək Mərkəzinin dəstəyi ilə çəkilmiş ilk filmidir.

“Beynəlxalq kinofestivallarda filmlərimizə yüksək tələbat olduğunu görürük. Asiyanın ən böyük kinofestivallarından birində nümayiş etdiriləcək “Aykay” filmi buna sübutdur”, - deyə mərkəzin idarə heyətinin sədri Kurmanbek Cumaqali deyib.

Filmdə bütün qazaxların faciəsi olan Semey poliqonu qurbanlarının taleyi, nüvə partlayışından əziyyət çəkən insanların, xüsusilə iki ayaqsız doğulmuş bir vətəndaşın həyatı təsvir olunub.

Rejissor 1980-1990-cı illərdə xalqın vəziyyətini həyat yoldaşını itirmiş tənha atanın və şikəst atasına rəğbət və qayğı göstərməyi bacaran balaca bir oğlanın həyatını canlandırmaqla göstərir.

Filmin çəkilişləri Abay vilayətinin Ayagöz rayonudakı Şingoja kəndində aparılıb.

Qeyd edək ki, filmdə baş rolu canlandıran Melis peşəkar aktyor deyil, hər iki ayağını itirmiş Qızıl Orda sakini Orınbek Şaymaganbetovdur. Melisin məktəbdə oxuyan oğlu Jalgas obrazını isə Almatı vilayətinin Karasay Batır adına məktəbin 6-cı sinif şagirdi Arnur Əkrəm canlandıırb.

Baş rolları Orinbek Şaymağanbetov, Arnur Əkrəm, Erbolat Alkoja, Beynur Baymuxambetov, Erlan Malaev, Aybek İmankulov və Ayqanım Nursultan ifa edirlər.

Xatırladırıq ki, Pusan Beynəlxalq Film Festivalı 1996-cı ildən Cənubi Koreyanın Pusan şəhərində hər il keçirilən Asiyanın ən böyük film festivallarından biridir.