Şəmkir sakini tanışı tərəfindən bıçaqlandı

10:14 28.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

Hafta.az-ın məlumatına görə, hadisə Kür qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini İlham Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Araşdırma zamanı məlum olub ki İlham Hüseynov tanışı – Gündüz Zeynalov tərəfindən  bıçaqlanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanıb.

 

Faktla bağlı araşdırma aparılır.