Şəmkirdə gəlin 96 yaşlı qayınanasına xəsarət yetirdi

21:41 19.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunda 96 yaşlı qadın ailə münaqişəsi zəminində xəsarət alıb.

Hafta.az "report"a istinadla xəbər verir ki, Şəmkir rayon sakini, 1935-ci il təvəllüdlü F.Vəliyeva müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Ona ailə münaqişəsi zəminində gəlini tərəfindən xəsarət yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.