Şəmkirdə yaşayış evi yanıb

09:55 31.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunun Qaracəmirli kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 110 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 65