Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Hafta.az-ın yazdığına görə, qəbulda Səngəçal qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ümumilikdə 50 nəfərə yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 9 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısı tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.