Separatçı rejim rəhbəri yeni “nazir”lə birgə hərbi müşavirədə…-FOTO

14:29 13.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün - sentyabrın 13 -də Azərbaycan Respublikasının hələlik Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı Araik Arutyunyan   Xankəndindəki  qondarma “müdafiə nazirliyi” binasına baş çəkərək  yeni təyin olunmuş qanunsuz “müdafiə naziri” – “müdafiə ordusu”nun komandanı general-mayor Kamo Vardanyanı separatçı “ordu”nun rəhbərliyinə təqdim edib.

Hafta.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

Yeni “nazir”lə birgə müşavirə keçirən  Araik  qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanın da iştirakıyla “ordu quruculuğu” məsələlərini müzakirə edib.

Qeyd edək ki, K.Vardanyan 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlar Akademiyasını, 2019-cu ildə isə  Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib...