Separatçılar Azərbaycanın şərtlərinə tabe oldular

16:59 17.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.

Hafta.az xəbər verir ki, separatçıların liderləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.