Yazını böyüt
Yazını kiçilt
Biz sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar edilməsini istəyirik. Ancaq sülh ədalətli olmalıdır və beynəlxalq hüquqa söykənməlidir.
Hafta.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, bu, yalnız hansısa tərəfin iddiaları və ya gündəliyi əsasında olmalı deyil. Beynəlxalq hüquq istənilən münaqişənin həlli, sülh üçün universal platformadır. Ermənistanla münaqişə dövründə də biz hər zaman beynəlxalq hüququn tərəfdarı olmuşuq.