Səudiyyə Ərəbistanında ilk: Dünya şöhrətli "Metallica" qrupu konsert verəcək

11:29 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur "Metallica" qrupu dekabrın 14-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ilk dəfə konsert verəcək.

Hafta.az-ın yazdığına görə, "Metallica" dekabrın 14-də üç günlük Soundstorm Festivalı çərçivəsində Ər-Riyada gedəcək. Qrup festivalın açılış gecəsində çıxış edəcək.

"Metallica" mesajı ilə Ər-Riyadda konsert verəcəklərini açıqlayıb: "2023-cü ilə hələ bitməmişik, çünki daha əvvəl heç oynamadığımız böyük bir festivalda, dünyanın bir hissəsində çıxış etmək üçün inanılmaz fürsətimiz var".

Qrup Yaxın Şərqdə ilk canlı performansını 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərində edib.
Festivalda çıxış edəcək digər adlar Farrell Uilyams, Kris Brovn, H.E.R., BLACK EYED PEAS, J Balvin, Anne-Marie və DJ-lər Tiesto və David Guettadır.

Oxunma sayı 254