Səudiyyə Ərəbistanının 12 universiteti ARWU-nun reytinq siyahısında

11:40 18.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şanxay Reytinqində yer tapan Səudiyyə Ərəbistanı universitetlərinin sayı 2022-ci ildə 7-dən 2023-cü ildə 12-yə yüksəlib. 2023-cü il Dünya Universitetlərinin Akademik Reytinqində (ARWU) beş Səudiyyə universiteti dünyanın ən yaxşı 1000 universiteti siyahısında özünə yer tapıb. “Şanxay Sıralaması” kimi də tanınan ARWU-nun 2023-cü il üçün reytinqi ShanghaiRanking Consultancy tərəfindən açıqlanıb.

Hafta.az-ın yazdığına görə, reytinqdə ilk dəfə irəliləyən Səudiyyə universitetləri 601-700-cü yerlər arasında yer alan dünyanın ən böyük qadın universiteti olan Ər-Riyaddakı Şahzadə Nurah Bint Əbdülrəhman Universitetidir. Onu Dammam Kral Faysal Universiteti izləyir. 801-900-cü sıralar arasında Əl-Qassim Universiteti və Ümm Əl-Qura Universiteti, daha sonra isə 901-1000 sıralamasında Əl-Jouf Universiteti yer alır.

Təsnifatın nəticəsi Səudiyyə Ərəbistanının təhsil sistemi və universitetləri tərəfindən son illər həyata keçirilən qayğı və təqibi təsdiqləyib ki, bu da Krallığın “Hədəf 2030” strateji məqsədlərinə nail olmağa töhfə verib.

Kral Səud Universiteti qlobal miqyasda 101-150 arasında mövqe tutur, onu 151-200 arasında olan Kral Əbdüləziz Universiteti izləyir, Taif Universiteti isə bu il müqayisədə 201-300 arasında mövqe əldə edərək əhəmiyyətli dərəcədə irəliləyib. Hansı ki, əvvəlki il bu universitet 401-500 aralığı mövqeyindəydi.

Şanxay təsnifatı QS World University Rankings və British Times Higher Education reytinqlərinə əlavə olaraq, üç ən mühüm qlobal təsnifat agentliyindən biri kimi beynəlxalq universitet reytinqlərinin xəbərçisi və ən etibarlısı kimi tanınıb. Bu il 2500-dən çox universitet analiz edilib və dünyanın ən yaxşı 1000 universiteti seçilib. Reytinq siyahısına 21-ci ildir ki, müntəzəm şəkildə Harvard Universiteti başçılıq edir, Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutu (MIT) isə onu izləyir.