Si Cinpin çak-çak yedi və dedi: "Bizdə də var".

12:14 23.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tatarıstanın paytaxtı Kazanda keçirilən BRİCS sammitinə gələn Çinin Dövlət Başçısı Si Cinpin hava limanında Tatarıstan prezidenti Rustəm Minnihanov tərəfindən qarşılanarkən ənənəvi tatar deserti "çak-çak" dadıb. Si onun dadına baxdıqdan sonra hər kəsi təəccübləndirib: "Çində də bu yeməyin bənzəri var. Bizdə bu desertin adı “şatsima”dır.

Hafta.az-ın yazdığına görə, Çin yeməyi "şatsima" tatar “çak-çak”ına çox bənzəyir. Hər iki desert qızardılmış xəmir parçalarının şəkər siropu ilə örtülməsi fonunda hazırlanır. Çində daha çox küçə yeməkləri kimi tanınan “Şatsima” kiçik kafe və mağazalarda təqdim olunur. Çin mətbəxi mütəxəssislərinin fikrincə, bu desert Çinin şimalında, xüsusən də uyğur türklərinin cəmləşdiyi bölgələrdə geniş şəkildə istehlak edilir və zamanla müxtəlif bölgələrdə fərqli versiyaları ortaya çıxıb.

Tarixçilər bildirirlər ki, Çində “çak-çak” kimi desertlərin mənşəyi Mançuriya bölgəsinə gedib çıxır. Lakin bəzi mütəxəssislərin fikrincə, bu desertlər türk-monqol və mancur mədəniyyətinin Çinə təsiri nəticəsində yayılıb. Həm Çin, həm də tatar mətbəxində belə desertlərin olması iki mədəniyyət arasındakı tarixi əlaqələrin əksi hesab olunur.