“Siyasi partiyalar maliyyənin haradan alınması barədə hesabat verməlidir. Əgər hesabat vermirsə, məsələ məhkəməyə çıxarılmalı və əsas varsa, həmin partiyalar ləğv olunmalıdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklrlə bağlı aparılan müzakirələr zamanı deyib.
Deputat qeyd edib ki, elə partiyalar var ki, 19-20 ildir ki, işləmir. Amma o partiyaların sədrləri ən bahalı maşınlarda gəzir, cangüdənlər saxlayırlar.
“Sual olunur: onlar bu vəsaiti haradan alırlar. Bu məsələlər araşdırılmalıdır”-deyə deputat qeyd edib.
“O partiyalar qarayaxma ilə məşğuldur. Xarici qüvvələrə işləyirlər. Azərbaycanda gedən quruculuq, işğal altında olan azad olunmuş torpaqlarda aparılan tikintilər haqqında özlərinin blogerləri, tiktokerləri vasitəsiilə qarayaxma ilə məşğul olurlar. Biz buna qarşı mövqeyimizi bildirməliyik. O baxımdan qanun layihəsi təsdiqlənməlidir”.