Siyəzəndə “Nissan" aşaraq yanıb

15:35 19.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən rayonunun Beşdam kəndində “Nissan" markalı minik avtomobilinin idarəetməni itirərək yolda aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində “Nissan” markalı minik avtomobilinin yanar hissələri və dağlıq ərazidə 18 ha sahədə quru ot və kol-kos yanıb yanıb.

Qeyd edilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.