Soğanverdilər kəndində maşın ağaca çırpıldı

18:54 03.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqlliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən həmyerliləri Emin Məmmədov və Elgün Kərimov orada ölüb

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.