Son illərin ən qəribə vampir filmi Netflix-də yayımlandı

09:32 19.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tarix bizə Auqusto Pinoçetin günahsızların qanı ilə qidalanan 250 yaşlı vampir olmadığını deyir, lakin Kont bununla razılaşmır.

Hafta.az-ın yazdığına görə, Netflix-in Pablo Larrain tərəfindən çəkilən təsirli yeni filmi, “Jackie” və “Spencer” kimi istehsalların rejissorunun filmoqrafiyasına qəribə bir əlavə kimi təsvir edilib.

Kont çilili generalı qanəmici vampir kimi təsvir edən ağ-qara filmdir. Netflix filmin süjetini qısaca belə xülasə edir: "Pablo Larrainin bu qaranlıq satirasında Auqusto Pinoçet ölməyə hazır vampirdir. Amma ətrafındakı qarğalar onu son dəfə dişləmədən buraxmayacaqlar".

ABŞ-ın dəstəklədiyi diktator 1973-cü ildən 1990-cı ilə qədər Çilini idarə edib, saysız-hesabsız insan hüquqları pozuntuları, minlərlə edam və heç vaxt bitməyən korrupsiya mirası qoyub.

Bununla belə, Netflix-in yeni filmi “Kont”da Pinoçet 2006-cı ildə ölməyib. Mühakimə olunmamaq üçün o, ölümünü saxtalaşdıraraq ucqar bir fermaya qaçıb və orada insan ürəyindən hazırlanan smuzilərlə dolanarkən acgözlüklə qanunsuz qazandığı sərvətini qoruyub.

Edvard Laçmanın operatoru olduğu və ağ-qara rəngdə çəkilmiş “Kont” filmi birbaşa vampir metaforasından istifadə edir.

47 yaşlı Larrain "The Count" filmini 2012-ci ildə çəkdiyi "Şahzadə Diana" bioqrafik “Spenser” və 2016-cı ildə çəkilmiş şah əsəri “Ceki”dən sonra ərsəyə gətirib. Hər iki film mühüm şəxslərlə yaxınlığı onları cəmiyyətin gözləntilərinə məhkum edən qadınların faciəvi tərcümeyi-halıdır.

Çilili rejissor, çoxlarının proqnozlaşdırdığı kimi, məşhur qadınlar haqqında trilogiyasını tamamlamaq əvəzinə, Pinoçeti hakimiyyətə gətirən 1973-cü il çevrilişinin 50-ci ildönümündən bir neçə gün sonra yayımlanan Pinoçetin portretinə müraciət edib.

Netflix-də yayımlanan ən qəribə filmlərdən olan “Kont” çox reklam edilmədən səssizcə buraxılıb. Bu qanlı və təxribatçı filmdə baş rolları Cim Vadell, Qloria Münçmeyer, Paula Luçsinger və Alfredo Kastro canlandırır.