Son sutkada 50 min nəfərdən çox şəxsə vaksin vurulub

17:34 03.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 50988 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 45219  nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 5769  nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2418082 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1497993 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 920089  nəfərdir.