Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN

15:55 08.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri"nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Hafta.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Fərmana əsasən, "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri" təsdiq edilib.