Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

21:10 26.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

Hafta.az "Report"a istinadla xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisində yerləşən su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Q.Mikayılov iş başında vəfat edib.

İlkin məlumata görə, o, infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.