Suda batan 10-cu sinif şagirdi hələ də axtarılır - Baş Mil kanalı qurudulacaq

10:23 25.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Baş Mil kanalına suyun verilməsi dayandırılacaq.

Hafta.az xəbər verir ki, buna səbəb 2 aya yaxındır ki Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 26-da su kanalında batdığı ehtimal edilir. Həmin vaxtdan onun axtarışına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunsa da, hələlik bir nəticə əldə olunmayıb.

Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdi idi.