Şükürbəylidə yanğın olub

22:00 16.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzuli rayonunun Şükürbəyli kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1,4 ton ot bağlaması yanıb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.