Sülhməramlılar erməniməramlı olublar – Millət vəkili

17:16 13.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İndiki vəziyyətdə bütün sualların bir cavabı var. biz ehtiyatı əldən verməməliyik, ayaq-sayaq olmalıyıq, eyni zamanda ordumuzun döyüş qabiliyyətini günü-gündən gücləndirməliyik”.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, çünki biz məkrli, hiyləgər, xəyanətkar toplumla üz-üzəyik. Məsələ bu qrupun güclü olmasından yox, prosesi gərginləşdirmək istəyənlərin məkirli fitvalarından gedir. Bütün tarix boyu belə olub, bu gün də davam edir:

“Sülhməramlılar Azərbaycan ərazisinə qədəm qoyan gündən sülhməramlılar yox, erməniməramlı olublar. Bu deyilənlər də öz təsdiqini tapır. Çünki beynəlxalq hüquqda BMT-nin Millətlər Təşkilatının müvafiq qanununda sülhməramlılıq missiyasının nədən ibarət olduğu aydın-açıq ifadə olunur. Ancaq bunlar Azərbaycan ərazisinə gələndən sülhməramlılıq missiyasına zidd olan hərəkətlərlə məşğul olurlar. Bu məsələ bu gün də davam edir. Ona görə də biz heç bir tərəfdaşlıq, əməkdaşlıq kimi şirin vədə, sözə etibar edə bilmərik. Biz də tərəfdaşlığın, əməkdaşığın tərəfdarıyıq. Biz öz sözümüzdə nə qədər səmimi olsaq da bizə qarşı əks münasibət sərgilənir. Biz istəyirik ki, münasibətlərimizdə səmimi olaq.  Riyakar, xəyanətkar olmayaq. Qarşı tərəflər öz öhtəliklərinə əməl etmirlər. Ona görə də mən hesab edirəm ki, heç kimə yox, öz gücümüzə arxayın olmalıyıq”.

Mövcud gəgin vəziyyətdə Türkiyə ilə hərbi əməkdaşlıq müstəvisində hansı yeni addımların atılmasına gəlincə, Elman Məmmədov bildirib ki, Türkiyə ilə müttəfiqlik səviyyəsinə qalxmış müqavilələrimiz, sazişlərimiz, bəyannamələrimiz, Şuşa Bəyannaməsi kimi əməkdaşlıq sənədlərimz var.

“Eyni zamanda təhlükəsizliyimiz naminə qardaş Pakistan və digər dost dövlətlərlə, o cümlədən İsrail, Ukrayna və digər dövlətlərlə əlaqələrimizi inkişaf etdirməliyik”.