Sumqayıt sakini dəm qazından öldü

10:07 13.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 56 yaşlı qadın dəm qazından boğulub.

Hafta.az xəbər verir ki, hadisə şəhərin 29-cu məhəlləsində yerləşən yataqxanalardan birində qeydə alınıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Cəfərova Afərin Həsənqara qızı yaşadığı mənzildə dəm qazından boğulub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

 Faktla bağlı araşdırma aparılır (apa).