Yazını böyüt
Yazını kiçilt
Sumqayıt şəhərində daxili marşrutlarda kondisionerlərin işləməməsi narazılığa səbəb olur. Kondisionerlərin işləməməsinə səbəb kimi sürücülər rəhbərliyin tapşırığı olduğunu deyirlər.
Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən hafta.az-a bildirdilər ki, şəhərdə fəaliyyət göstərən marşrutlarda kondisionerlər işləyir:
“Avtobusların tez-tez dayanıb qapılarının açılması soyutmanın lazımı dərəcədə olmasına əngəl yaradır. Ona görə də tam istənilən səviyyədə soyutma getmir. Həmçinin bu problem sərnişinlərin intensiv hərəkətdə olduğu, yəni tez-tez minib düşmələr olan marşrutlarda rast gəlinə bilər”.