Sumqayıtda özünü dənizə atan şəxs xilas edildi

21:21 14.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.