Sumqayıtda quldurluq edən şəxslər tutulub

16:35 08.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində quldurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edən Kimyaçılar qəsəbə sakini A.Əsgərov aprelin 7-də qəsəbə ərazisində 2 nəfərin onu döyüb mobil telefonunu aldıqlarını bildirib.

Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qasımov və A.Səlimli polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.