“Suraxanı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət ediblər.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən islahatlar, ölkəmizin regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafını, qarşıya qoyulan tapşırıqların icrasını təmin edib.
2019-cu il ərzində rayonda sənaye məhsulunun istehsalı 392,9 milyon manat, nəqliyyat xidmətləri 13,5 milyon manat, rabitə xidmətləri 1,95 milyon manat, iaşə dövriyyəsi 20,3 milyon manat olub, 203,9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, 70,8 milyon manat investisiya cəlb edilib, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1,157 milyard manatlıq əmtəə satılıb və 213,6 milyon manat məbləğində ödənişli xidmətlər göstərilib, orta aylıq əmək haqqı 676 manat təşkil edib, 5280 yeni iş yeri açılıb.
2019-cu il ərzində Prezident dörd dəfə Suraxanıya gəlib. Rayon rəhbəri qeyd edib ki, 2019-cu il ərzində rayon yollarının əsaslı təmiri ilə bağlı irimiqyaslı işlərə başlanılıb və ümumilikdə 20 km. uzunluğunda yolda yenidənqurma işləri aparılıb.
Hesabat dövründə rayonun aidiyyəti idarələri tərəfindən 2 ədəd elektrik yarımstansiyasında transformatorlar daha güclüsü ilə əvəzlənib, 2520 metr kabel çəkilib, 17,5 km. qaz xətti çəkilib, əsaslı təmir olunub və ya dəyişdirilib, 25,3 min p.m. su və 2574 p.m. kanalizasiya xətti çəkilib, 2942 p.m. qəzalı su xətti və 35 ədəd siyirtmə dəyişdirilib, istilik sisteminə qoşulmuş 341 çoxmərtəbəli yaşayış binası, 19 məktəb, 18 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə istilik verilişi təmin olunub.
Rayon Məşğulluq Mərkəzində 4528 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, qeydiyyata alınan vətəndaşlardan 1887 nəfəri işlə təmin olunub, 103 nəfər peşə hazırlıq kurslarına göndərilib, 236 nəfər özünüməşğulluq proqramı üzrə təlimlərə cəlb edilib, onlardan 28 nəfəri aktivlərlə təmin olunub..
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu.
Suraxanıda 2019-cu ilə yekun vuruldu
20:52 26.02.2020
Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt
Sosial rubrikasından digər xəbərlər