Suriyanın yenidən qurulmasına nə qədər pul lazımdır?

09:55 12.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT və müxtəlif beynəlxalq təşkilatların hesabatlarına görə, Suriyanın müharibədən sonrakı bərpası üçün tələb olunan büdcə 400 milyard dolları keçə bilər.

Hafta.az-ın “Vision of Humanity”in məlumatına istinadən yazdığına görə, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ölkədə yaşayış binalarının 17,5 faizi dağıdılıb və hesablamalar münaqişə nəticəsində infrastruktura dəyən zərərin 117,7 milyard dollara çatdığını göstərir.

Ölkədəki evlərin 17,5 faizi dağıldığı halda, elektrik enerjisi başda olmaqla bir çox mühüm infrastrukturlar dağılmaq üzrədir.

Türkiyə şirkətləri Suriyanın yenidən qurulmasında mühüm rol oynaya bilər. İstanbul birjasında xüsusilə tikinti və sement ehtiyatlarında sürətli yüksəliş olub.

Ölkənin uzun illər davam edən münaqişələr nəticəsində böyük ölçüdə dağılmış infrastrukturunun, iqtisadiyyatının və sosial strukturunun bərpasına beynəlxalq əməkdaşlıq və böyük investisiyalar vacibdir.