Sürücülər bu yolda diqqətli olsunlar

10:39 01.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 01-05 oktyabr tarixlərində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Bu barədə hafta.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.