Yazını böyüt
Yazını kiçilt
Avropada yaşayan əslən Şuşadan olan xanım jurnalist Xatirə Sərddarqızı Prezident İlham Əliyevə müraciət edib. Hafta.az müraciəti təqdim edir:
- Müzəffər Ali Baş Komandanım.
Sizə 1980 ci ildə Şuşada dogulan,1992 ci ildə Şuşa erməni vandalları tərəfindən işgal olunandan sonra uşaqlıgını da Şuşada Mamayı bulagının yanında qoyub gələn,sizin və Müzəffər ordumuzun sayəsində 28 il sonra yenidən Şuşasına qovuşan 12 yaşlı Xatirənin adından yazıram. Əvvəlcə sizə və Azərbaycan əsgərinə mənə və bütün xalqımıza bu zəfəri, bu xoşbəxtliyi yaşatdıgınıza görə təşəkkür etmək istəyirəm. Mən hazırda Niderlandın Deventer şəhərində yaşayıram. Vətən müharibəmiz başlayanda mən burda qala bilmədim. 12 yaşlı qızımla vətənə gəldik. Çünki mən inanırdım ki, siz bizə Qarabag sevincini yaşadacaqsınız. Yanılmadım da, 8 gün sonra siz bizə “ƏZİZ ŞUŞA SƏN AZADSAN” deyərək müjdə verdiniz. Daha sonra mən dekabrın 27 də Şuşama getdim. 28 illik həsrətim sona yetdi. Sizin Şuşa səfərinizi isə nəfəsimi tutaraq izlədim. Çünki siz də Şuşamızın bizsiz solan çöhrəsini görəndə səsiniz titrəyirdi hər Şuşa dediyinizdə.Mən də eyni hisləri yaşamışdım Şuşada 28 il sonra. Şuşamı o halda görəndən sonra mən özümə gələ bilmirəm. Artıq Avropaya qayıtmışam. Sizin Şuşa səfəri zamanı yolda dediyiniz bir söz məni inanılmaz qürürlandırdı. Dediniz ki, xaricdə yaşayan Azərbaycanlılar Füzuli hava limanından rahat Şuşaya gələ biləcəklər. Bəli biz artıq Şuşaya gedirik deyib yola çıxa biləcəyik sayənizdə. Ancaq mən burda rahat oturub Şuşam abadlaşandan sonra Şuşaya rahat gələ bilmərəm. Mən Şuşamın abadlaşdırılmasında, yenidən qurulmasında yaxından iştirak eləmək istəyirəm. Sizdən nacizanə xahişim, məni Şuşanın təmir bərpa işləri üçün yaradılan komisiyaların, heyyətlərin sirasina daxil olmagıma kömək etməyinizdir. Mən Şuşamın cəfasini çəkmək istəyirəm ki, səfasını sürəndə utanmayım. Yollarini süpürərəm, kücələrini təmizləyərəm.Bütün təcrübələrimdən istifadə edərəm. Yetər ki,Şuşama yararlı olum. Xaricdə oturub Şuşamın dircəlməsini gözləmək agırıma gedir. O prosesdə mənim də iştirak edə bilməyimə kömək eləməyinizi sizdən xahiş edirəm.
Dərin hörmətlə : Xatirə Sərddarqızı.