Tanışını bıçaqlayan şəxsə hökm oxunub

17:31 29.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda tanışını bıçaqlamaqda təqsirli bilinən Əli Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hafta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Əli Mərdanov 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 18-də Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Ə.Mərdanov 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlunu “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlayıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində xilas olunub.

Ə.Mərdanov polis əməkdaşları tərəfindən saxlanılıb.