“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər

16:51 14.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər.

Müdafiə Nazirliyindən hafta.az-a bildirilib ki, müsabiqədə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Qeyd edək ki, "Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.