“Təhlükəsiz şəhər sistemi gücləndirilməlidir - Etibar Əliyev

12:40 16.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Təhlükəsiz Şəhər Sistemində yeni texnologiya məlumatların emal edilməsi üçün data təhlüsəsizlik sisteminin, videomüşahidə ilə bağlı qanunların təkmilləşməsi vacibdir”.

Hafta.az xəbər veirir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etibar Əliyev bildirib.

Deputat bildirib ki, 2009-cu ildən videomüşahidə ilə bağlı verilən fərmanın necə icra olunması, vəziyyətin öyrənilməsi və daha da sistemləşdirilməsinə ehtiyac var.

Bu gün şəhər daxilində 2300 yerdə müşahidə kameralarının olduğunu qeyd edən E.Əliyev, sistemin əhatəli olmadığını bildirib.

“Təhlükəsiz şəhər infrstrukturu ilə bağlı görüləcək işlər çoxdur. Təhlükəsiz şəhərin əhatəsi genişlənməlidir. Müsair dünya şətrləri  küçələrdə təmassız bometrik texnikalar və s.qurraşdırılmalıdır. Eyni zamanda Təhlükəsiz Şəhər Sistemində yeni texnologiya məlumatların emal edilməsi üçün data təhlüsəsizlik sisteminin, videomüşahidə ilə bağlı qanunların təkmilləşməsi vacibdir”.