Təhsil Nazirliyi Füzuli rayonunun təhsil statistikasını açıqlayıb

11:06 16.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyi Füzuli rayonunun təhsil statistikasını hazırlayıb.

Nazirlikdən hafta.az-a bildirilib ki, Füzuli rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 87 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 21 min 192, müəllimlərin sayı isə 2 min 261nəfər olub. Hazırda – 2020-2021-ci tədris ilində rayon üzrə 79 təhsil müəssisəsi fəaliyyətdədir, müəllimlərin ümumi sayı 1649, şagirdlərin sayı isə 13 min 23 nəfərdir.