Pakistanın müvəqqəti hökumətində daxili işlər naziri Sarfraz Buqti Bəlucistanın Mastunq bölgəsində Mövlud Qəndili üçün toplaşan vətəndaşları hədəf alan terror hücumları ilə bağlı açıqlamalar verib.
Hafta.az-ın yazdığına görə, terror qruplarını və onların fəaliyyətlərini kimin dəstəklədiyini yaxşı bildiklərini ifadə edən Buqti, 57 nəfərin həyatını itirdiyi terror hücumunun arxasında RAW-ın dayandığını deyib.
Nazir Buqti RAW-ın Pakistan Talibanına (TTP) dəstək verdiyini iddia edib.
Rəsmi Dehli hələlik Buqtinin ittihamlarına cavab verməyib.
Sentyabrın 29-da Bəlucistan əyalətinin Mastunq bölgəsindəki məscidin yaxınlığında Mövlud Qəndili üçün toplaşan vətəndaşlara terror hücumu, Hayber Paxtunxvanın Hanqu bölgəsindəki məsciddə isə intihar partlayışı həyata keçirilib.
Hücumlarda 57 nəfər ölüb, 140-dan çox adam yaralanıb.