Tərtərdə kafe yanıb

20:42 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunun İsmayılbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 1004