İraq Hava Yollarına aid sərnişin təyyarəsi yanacaq borcunu ödəyə bilməfiyi üçün Tunisin Kartaca hava limanından uçuşuna icazə verilməyib.
Hafta.az yazır ki, təhlükəsizlik qüvvələri tərəfindən havaya qalxmasına icazə verilmədiyini görən təyyarənin kapitanı çıxış yolunu sərnişinlərdən pul toplamaqla tapıb. O, sərnişinlərə deyib ki, Bağdada uçmaq istəyirlərsə, təcili borcu bağlayacaq miqdarda pul yığsınlar. Əlacı kəsilən sərnişinlər səssizcə tələb olunan 3 min dolları toplayın təyyarənin kapitanına veriblər.
İraq Hava Yolları şirkəti hələlik məsələyə münasibət bildirməyə tələsmir. Amma Tunisin Bağdaddakı səfirliyi tərəfindən verilən açıqlamaya əsasən təyyarənin hava limanında saxlanılması sadəcə kapitanın yanacaq pulunu verməməsi ilə bağlıdır. Tunisli hava limanı səlahiyyətliləri İraqın bu ölkədəki səfirliyi ilə əlaqə yaradaraq vəziyyəti başa salıblar və yanacağın pulu ödənən kimi təyyarənin uçuşuna icazə verilib.