Təzəpir məscidində qanvermə aksiyası keçirilir - FOTO

10:00 10.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Aşura mərasimi ilə əlaqədar olaraq bu dəqiqələrdə Təzəpir məscidində qanvermə aksiyası keçirilir.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, insanlar qan vermək üçün məscidin önündə növbəyə dayanıb. Hemotologiya İnstitunun direktoru Zöhrə Əlimirzəyeva əməkdaşımıza bildirib ki, saat 9:00-a qədər Bakı şəhəri üzrə 530-dan çox insan qan verib. 4 -5 qan vermək istəyən insanın arzusu isə çin olmayıb. Onlar səhhətlətində olan problemə və ya şəxsiyyət vəsiqələrini gətirmədiyinə görə qan verə bilməyib.

Bir neçə qan verən şəxslə söhbətləşdik. Bildirdilər ki, aksiyaya könüllü şəkildə qoşulublar. Xeyirli əməl üçün qan verirlər. Eyni zamanda, məscidin içərisində ehsan süfrəsi açılıb. Qeyd edək ki, ərazidə polis gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Təcili yardım maşınları keşik çəkir. Qan Bankının maşınları tez-tez növbə dəyişir.