Ticarət mərkəzlərində TƏBİB-in açıqladığı qaydalara necə əməl edilir - REPORTAJ-FOTO

13:32 04.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu gündən etibarən bütün ticarət mərkəzləri, restoranlar və bir sıra xidmətlər öz işini bərpa edir. Karantin müddəti 31- may tarixə qədər davam etsə də, alış-veriş etmək istəyən şəxslər Bakı, Lənkəran, Sumqayıt, Gəncə şəhərlərində "sms" göndərməklə evdən çıxmalarına icazə verilir. Digər rayonlarda isə icazə alma qadağası ləğv edilib. 

Bundan əlavə, Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatlar açıqlanıb. 

Qaydalarda deyilir bildirilir ki, ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir; Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir; Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personalı müvafiq təlim keçməlidir; Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır; Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.

Biz də bu qaydalara əməl oluması, eləcə də ticarət obiyektlərində ümümi vəziyyətin necə olması ilə bağlı Bakı şəhərinin müxtəlif ərazilərində olduq.

Ən böyük ticarət mərkəzlərindən biri olan "Metropark" hələ ki, işə başlamayıb. Mühafizəçi bildirdi ki, içəri giriş qadağandır: "Çünki satıcılar işlərini bərpa etmək üçün hazırlıq prosesi aparırlar. Yaxın günlərdə ola bilsin ki, yekunlaşsın".

"Metroparkın" yaxınlığında yerləşən parkın də boş olduğunu görürük. İnsanlar parklardan daha çox alış-yeriş mərkəzlərinə üz tuturlar. Restoranlara da marağ hələ ki, yoxdur.

Digər baş çəkdiyimiz ünvanlardan biri"Zara" kimi tanınan qadın geyimləri mərkəzi oldu. Satıcı Yusif bəy bildirdi ki, 3 saatlıq icazə alan insanlar belə yerlərə baş çəkmirlər: "Vəziyyət yaxşı deyil. Müştərilər çox azdır. Gələn də tələsik baxıb, gedir. Ola bilsin bu gün belədir. Qarşı günlərdə bəlkə düzələr".

Nə deyirik, təki düzəlsin deyib sağollaşırıq. Növbəti baş çəkəcəyim ünvan ikinci əl geyim satışını həyata keçirən və kifayət qədər brend kimi tanına "MEMİ" oldu. Dükanın sahibi Təranə xanım deyir ki, səhər açmışıq, bir nəfər də müştərimiz olmayıb:"Vaxt çox az qoyulub. İnsanlar da gəzib görməyə vaxtları olmur. İlk qarşılarına çıxan yerdən alış-veriş edib qayıdırlar. Sosil izolyasiya qaydalarına da əməl edirik. Satıcılarımız maska və əlçəkdən istifadə edirlər. Müştərilərə isə deyə bilmərik, siz də istifadə edin".

Şəhərdə gəzərkən müşahidə etdiyim odur ki, insanlar daha maskalardan istifadə etmirlər. Nə dərəcə təhlükəlidir, bu haqda düşünmək vaxtıdır əslində...

"Glamur" qadın ayaqqabısı, bujiteriya satılan dükanın satıcısı Rəhim bəy də həmkarları kimi şikayətlənir. Deyir ki, satış yox səviyəsindədir. karantin qaydalarına isə əməl etmək deyəndə bura gündə yüz adam girə, çıxa bilər: "Biz maska istifadə edirik. Müştərilər edərlərsə, etməzlərsə buna biz fikir bildirə bilmərik".

Məişət əşyaları satılan "Baku electronics"də də insan izdihamı var, girib çıxan bəlli olmur. Amma maska istifadə edən. məsafə saxlayan demək olar tapılmır. Satıcılar da bildirdi ki, satışımız çox zəifdir. Amma bu bir günlük ola bilər. Çünki ilk gündür fəaliyyətə başlayıb. 

Qida sektorunda isə - restoran, kafelərdə hələ də canlanma müşahidə olunmur. "Mado"nun sahibi bizə bildirdi ki, restoranımıza baş çəkənlər çox azdır, amma bu vəziyyətin düzəlməyəcəyi anlamına gəlmir, bir-iki günə düzələcək.