ABŞ-ın timsah və pitonları ilə məşhur olan Florida ştatında iki heyvanın qarşılaşması gündəmə gəlib.
Hafta.az-ın DailyMail-a istinadən yazdığına görə, əyalətin məşhur həmişəyaşar meşələrini ziyarət edən Katina Boyşev, piton yeyən timsahla qarşılaşıb.
Boyçev, bunun "insanların həyatda bir dəfə qarşılaşa biləcəyi an" olduğunu söyləyib: "Geoloq Rosaye Mur bir timsahın ilan yeməsinin normal olduğunu söylədi. Mur böyüklüyündən asılı olaraq ilanların da timsahları yeyə biləcəyini vurğulayıb".
Everqleydlərdə ilk Birma pitonu 1979-cu ildə aşkar edilib. Sürünənlərin mənşəyinin evdə qulluq edilərkən qaçan və ya unudulan piton olduğu düşünülür. Təbii düşmənlərin olmaması və bölgənin əlverişli iqlimi səbəbindən bu heyvanların sayı illər keçdikcə sürətlə artıb. Hakimiyyət bu heyvanları məhv etməyə çalışsa da, onların sayının 300 minə çatdığı təxmin edilir.
Florida həmçinin təxminən 1,3 milyon timsahın evidir. Ştatda timsahları küçələrdə, adətən yazda görmək məlumdur.