Toyuna bir neçə dəqiqə qalmış BƏY ÖLDÜ

18:00 05.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şotlandiyanın Stivenston şəhərinin sakini sevgilisi ilə nikah mərasiminə ir neçə dəqiqə qalmış dünyasını dəyişib. Hafta.az Daily Record nəşrinə istinadla xəbər verir ki, ölümündən 8 gün əvvəl 57 yaşlı Pol Uinnə həkimlər ağ ciyər xərçəngi diaqnozu qoyublar. Həkimlərin proqnozuna görə, onun maksimum 2 ay ömrü qalıbmış. 

Xəbəri alandan sonra Pol və 38 yaşlı sevgilisi Elison Uinn toy etmək qərarına gəliblər. Onlar 21 ildir ki, bir yerdə yaşayırdılar və 5 uşaqları olub.

Toy günü Uinnlərin böyük oğlu Sendi anasını altara apararkən atası ilə bağlı durumun qarışıq olduğunu görüb. Onun sözlərinə görə, atası kresloda oturmuş vəziyyətdə hərəkətsizt qalıb. Təcili yardım çağırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.