Trabzon ilin 9 aylıq dövründə əvvəlki ilin eyni dövrünə görə yüzdə 43 artımla 1 milyon 138 min 743 yerli və xarici ziyarətçiyə ev sahibliyi edib.
Hafta.az-ın yazdığına görə, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda, Sümela Mədəniyyət Yolu Festivalı ilə Türk Mədəniyyəti Yol Festivalları marşrutuna daxil olan Trabzonda ziyarətçi sayında artım var.
İlin 9 ayında şəhərə gələn xarici turistlərin sayı yüzdə 66 artaraq 652713, yerli ziyarətçilərin sayı isə yüzdə 20 artaraq 486030 nəfər olub. Beləliklə, 9 ayda ziyarətçi sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43 faiz artaraq 1 milyon 138 min 743 nəfərə çatıb.
Avqust ayında Sümela Mədəniyyət Yolu Festivalı sənətsevərlərlə görüşdüyü zaman şəhərə 178875 xarici, 86095 yerli ziyarətçi gəlib.
Sümela Manastırı 2023-cü ilin 9 aylıq dövründə əvvəlki ilin eyni dövrünə görə yüzdə 39 artımla 402718 yerli və xarici turisti qəbul edib.
Trabzona ən çox ziyarətçi göndərən ölkə 269216 nəfərlə Səudiyyə Ərəbistanı, 58397 nəfərlə Oman ikinci, 41809 nəfərlə Küveyt üçüncü, 41598 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri dördüncü, İordaniya 33886 ziyarətçi ilə beşinci sırada yer alır. Bundan əlavə, Trabzona ən çox turist göndərən ölkələr arasında İran, İraq, İsrail, Bəhreyn və Rusiya da var.
İlin 9 ayında Trabzona 62 ölkədən 3514 uçuş təşkil edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə şəhərə uçuşların sayında 27 faiz artım olub.