Traktor sakinləri susuz qoydu

15:43 21.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nardaran bağları, Şah İsmayıl Xətai küçəsi, 6-cı post adlanan ərazidə sakinlər su problemi ilə üzləşiblər.

Hafta.az xəbər verir ki, bu barədə oxu.az-a sözügedən ərazidə yaşayan sakinlərdən biri məlumat verib.

Şikayətçinin sözlərinə görə, hadisəyə səbəb dünən günorta saatlarında Sabunçu Rayon İcra Hakimiyyəti kommunal xidmətinin traktorunun yolu təmizləyərkən su borusunu partlatması olub.