Tramp gələn həftə prezidentliyə namizədliyini açıqlayacaq

18:42 11.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrın 15-də ABŞ Konqresinə aralıq seçkilərində Respublikaçılar Partiyasının nəticələrinə baxmayaraq, 2024-cü ildə dövlət başçısı postu uğrunda mübarizədə iştirak edəcəyini açıqlamaq niyyətindədir, The Daily Beast yazır.

Medianın məlumatına görə, Tramp öz namizədliyini noyabrın 15-də yerli vaxtla 21:00-da Floridadakı Mar-a-Laqo iqamətgahında elan edəcək.

Bu tədbirin məqsədi, jurnalistlərin də qeyd etdiyi kimi, Respublika Partiyasının ruhdan düşmüş bazasını oyandırmaqdır.

ABŞ-ın keçmiş prezidentinin müşavirləri deyirlər ki, indi geri çəkilsələr, Trampın seçkidəki potensial rəqibləri onun zəifliyini görəcəklər. Onlardan birinə görə, Trampın prezidentlik yarışında iştirakını açıqlamaqdan imtina etməsi ehtimalı azdır.