Türk Dövlətləri Təşkilatında hərbi təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıqlar qurulmalıdır - Tural Gəncəliyev

11:18 11.04.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Regionada və dünyada çətin geosiyasi durumu, Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı reallıqları nəzərə alaraq bu durumu qəbul etməyən məkirli dairlər ölkəmizi gözdən çxaramaq üçün dəridən-qabıqdan çıxırlar”.

 Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Tural Gəncəliyev bildirib.

Deputat yüksək inkişaf yolu keçən Azərbaycanın bu təhdidlərin öhdəsindən uğurla gəldiyini qeyd edərək, eyni zamanda müttəfiqlərimizlə inteqrasiyanın artırılmasını zəruri hesab edib. O, bu müstəvidə xüsusilə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın artırılmasını və ölkəmizin bu istiqamətdə önəmli rol aldığını önə çəkib.

T.Gəncəliyev Azərbaycan dövlət nümayəndələrinin türk dövlətlərinə ardıcıl səfərlərini və bu istiqamətdə apardığı siyasətin əhəmiyyətini vurğulamaqla, Azərbaycanın din qardaşları ilə daha dərindən inteqrasiya olunmasını əməkdaşlığın mühüm amilləri sırasında vurğulayıb. Deputat Azərbaycana qarşı olan təhdidləri nəzərə alaraq TDT ilə digər məsələlərlə yanaşı hərbi təhlükəsizlik istiqamətində əməkdaşlıqların qurulmasını mühüm məsələ kimi qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər